Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Birinci Avropa Oyunlarına böyük marağın olduğunu vurğulayan Prezident İlham Əliyev bu yarışlarda iştirak edən Bosniya və Herseqovina idmançılarına uğurlar arzuladı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO