Azər Zeynalov kitab yazıb

Xalq Artisti, professor Azər Zeynalovun “Vokal ifaçılığı” kitabı işıq üzü görüb. Lent. az-ın məlumatına görə, əsər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 və klassik opera-vokal sənətimizin 105 illik yubileyinə həsr olunub. Kitab Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilib və ali məktəb tələbələri üçün nəzərdə tutulub . Kitabdan gənc ifaçılar da yararlana biləcəklər.

Qeyd edək ki, kitabın redaktoru Kamilə Dadaşzadə, rəyçilər Elmira Quliyeva, Məryəm Əlizadə, Ramiz Mirişli, Gülbacı İmanova, Qərinə Kərimovadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO