Azərbaycanda regional televiziya kanalının fəaliyyəti dayandırılıb

Milli Televiziya və Radio Şurasının bu gün növbəti iclası keçirilib.

MTRŞ-dan SalamNews-a verilən məlumata görə, iclasda AYGÜN Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

İclasda AYGÜN Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının bu gün saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.

– See more at: http://salamnews.org/az/news/read/114754#sthash.tgYAKmkM.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO