“Azərbaycan müəllimi ” qəzetinin keçmiş şöbə müdiri vəfat etdi

Modern.az saytının xəbərinə görə, tanınmış şair və publisist Cavad Cavadlı bu gün 88 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Cavad Cavadlı 1926-cı ildə Naxçıvan MR Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tanınmış publisist uzun illər “Azərbaycan müəllimi” qəzeti redaksiyasında çalışıb, burada Ədəbiyyat şöbəsinin müdiri işləyibr. O, repressiya olunmuş Azərbaycan ziyalıları haqqında bir sıra əsərlərin müəllifi idi.

Cavad Cavadlı uşaq ədəbiyyatının da görkəmli nümayəndəsi kimi tanınırdı.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO