Aydın Əliyev: Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsi artırılacaq

Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsi artırılacaq. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Vyetnam maliyyə nazirinin müavini, gömrük və vergi idarəetməsi sahələrinin kuratoru Do Hoanq Anh Tua ilə görüşdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə milyon dollar təşkil edir: “Əmtəə dövriyyəsinin ən yüksək həcmi 2013-cü ildə qeydə alınmışdı. Bu, 200 milyon dollardan çox neft və neft məhsullarının ixracı sayəsində baş vermişdi. Sazişin (ticarətin sadələşdirilməsi) imzalanması və biznes əlaqələrinin genişləndirilməsi iki ölkə arasında əmtəə dövriyyəsinin artmasına xidmət edir”.
A.Əliyev qeyd edib ki, Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana səfəri buna təkan verəcək: “Səfər çərçivəsində gömrük sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO