AVCIYA regionlardan sonra Bakıda treninqlərə start verdi

AVCIYA regionlardan sonra Bakıda treninqlərə start verdiAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarları yekunlaşdırdıadan sonra Bakıda treniqlərə start verilib. Assosiasiya 26 oktyabrın 2015-ci il tarixdən başlayaraq “Ambasador” otelinin konfrans zalında Bakının 13 rayonu, Sumqayıt şəhəri və Abşeron rayonlarının müşahidəçiləri üçün seminarlar başlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seminarlarda məruzə ilə çıxış edərək assosiasiyanın seçkilərlə bağlı gördüyü işlər, seçki qabağı ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq qurumların seçkilərlə bağlı qeyri-konstruktiv mövqeləri haqqında məlumat verib. Daha sonra o, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəfaf keçirilməsi üçün əhəmiyyəti və s. məsələləri tədbir iştirakçılarına izah edib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Seminarlarda AVCİYA Seçki Qərargahının kordinatorları Cavid Camalov, Vasif Rəcəbov, Nisə Rəhimova, Aytac Musayeva və Aygün Heydərova iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO