AVCİYA Milli Məclisə seçkilərlə bağlı Şamaxıda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə növbədənkənar seçkilər ilə əlaqədar növbəti seminarı Şamaxıda keçirib. Seminarın keçirilməsində məqsəd seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməkdən ibarətdir.

Tədbirdə AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edərək assosiasiyanın 2004-cü ildən bəri seçki və referendumlarla bağlı gördüyü işlər barədə məlumat verib. Daha sonra o, 1995-ci ildən başlayaraq keçirilən parlament seçkiləri, Milli Məclisə bu il növbədənkənar seçkilərin keçirilməsini zərururi edən səbəblər, seçkilər ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının vəziyyəti, namizədlərin qeydiyyatı, seçki siyahılarının vəziyyəti, seçki administratsiyasının fəaliyyəti və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminarda həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları məlumatlandırıb.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, Milli Məclisin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO