ATƏT Azərbaycanda media və informasiya azadlığı istiqamətində təşəbbüslərə önəm verir

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan SalamNews-a verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura indiyədək jurnalist peşəkarlığı ilə bağlı da çoxsaylı layihələr reallaşdırıb. Mövcud təşəbbüslər nəticəsində media nümayəndələrinin ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına zəruri dəstək göstərilib.

MŞ-nin ATƏT-lə birgə layihələrindən bəsh edən Ə.Amaşov “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi və diffamasiya ilə bağlı qanun layihəsi üzərindəki səmərəli fəaliyyəti önə çəkib.

ATƏT-in Bakı layihə əlaqələndiricisi A.Şahtaxtinski təmsil olunduğu təşkilatın Azərbaycanda jurnalist peşəkarlığı, media və informasiya azadlığı istiqamətindəki təşəbbüslərə önəm verdiyini vurğulayıb, bununla bağlı konkret layihənin mövcudluğundan söz açıb. Bu kontekstdə MŞ İlə əməkdaşlığın zəruriliyinə toxunan A.Şahtaxtinski etik prinsiplərə dair təlimlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın digər müxtəlif aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

– See more at: http://salamnews.org/az/news/read/127624#sthash.SKNiJHWy.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO