APA TV: Tanınmış jurnalistlərdən ibarət komanda hazırdır

“APA Holding”in internet televiziyası aprel ayının əvvəlindən yayımlanmağa başlayacaq. İnternet televiziyasında tanınmış, hətta seçilən televiziya aparıcıları da olacaq”.

Bunu Modern.az-a APA TV-nin baş direktoru Eldəniz Vəliyev deyib. Eldəniz Vəliyevin sözlərinə görə, hələ ki, avadanlıqların quraşdırılması və kadrların yığılma prosesi gedir. Onun sözlərinə görə, APA-nın internet televiziyasında tanınmış televiziya aparıcıları da olacaq.

“APA TV-də məşhur simalarından İlqar Əlfioğlu, İlqar Rəsul, Natiq Qədimov, Eldar Qasımov, Könül Cəfərli, Nəsimi Nəbizadə, Ramal Hüseynov, Günay Novruzqızı və hazırda adlarını çəkə bilmədiyim bir neçə nəfər çalışacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO