AMŞ Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası (AMŞ) sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin başçılığı ilə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Komissiya 5 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, “Modern.az” İnternet Portalı, Komissiya Azərbaycan Miqrasiya Mərkəzinin “Moderator.az” Xəbər portalı, “Tərtər-Məişət” ASC-nin “Universal press” qəzeti, “Ehtiyatda və İstehfada olan Zabitlər” İctimai Birliyinin “Exo” qəzeti ilə bağlı müraciət və şikayətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda məlumat verilib ki, adları Mətbuat Şurasının “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”da yer alan bir sıra qəzetlərlə bağlı MŞ-yə müntəzəm şikayətlər daxil olmaqdadır. Qeyd olunub ki, təsisçisi və baş redaktoru Ələsgər Rüstəmov olan “Yeni axtarış” qəzeti barədə son vaxtlar Mətbuat Şurasına daha çox şikayət ünvanlamaqdadır. “Təfəkkür” Universitetindən, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialından və digər təhsil müəssisələrindən, səhiyyə şəbəkələrindən Şuraya göndərilən müraciətlər məsələ ilə bağlı konkret ölçü götürülməsini şərtləndirir. Komissiya qəzetə yanlış yoldan çəkinməyi bir daha tövsiyə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO