Allahşükür Paşazadə Qaxda xristian dini icmasına yardım etdi

Allahşükür Paşazadə Qaxda xristian dini icmasına yardım etdiQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qax rayonunda səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfərdə onu QMİ Elmi-Dini Şurasınin sədri akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və başqaları müşayiət ediblər.

İlk öncə Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçiriblər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev öz çıxışında rayonda gedən quruculuq işləri barədə ətraflı məlumat verib.

QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqaları ilə ünsiyyətdə olub. Səmimi şəraitdə keçən görüşdə ölkəmizdə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında ətraflı söhbət açılıb.

Daha sonra A.Paşazadə Qax rayon Cümə məscidində dindarlarla görüşüb. Burada aparılan təmir-bərpa işləri ilə tanış olan Şeyxülislam məscidin icmasına xeyir-dualarını verib.

QMİ sədri Qax rayonunun xristian dini icması ilə də görüşüb. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərib. A. Paşazadə ölkəmizdə dövlətin dini icmalara diqqət və qayğısının, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq, qardaşlıq əlaqələrini yüksək qiymətləndirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO