“Ali ziya” jurnalının ilk nömrəsi çapdan çıxıb

“Ali ziya” ədəbi-bədii, publisistik jurnalının ilk nömrəsi çapdan çıxıb.

SalamNews xəbər verir ki, yeni jurnalın baş redaktoru 10 ilə yaxın fəaliyyət göstərən “Azad qələm” qəzetinin təsisçisi Nəcibə İlkindir. Onun sözlərinə görə, “Ali ziya” ziyalı olanların jurnalıdır. Bundan faydalanmaq istəyənlər ona istedadın diktəsi ilə yanaşmalıdırlar. Çünki, jurnalın kollektivi əsl istedadların dostudur.

N.Babayeva deyib ki, ziyalı təbəqənin nümayndələrinə, dəyərli elm adamlarına, sənətkarlarına jurnalın ilk nömrəsində geniş yer ayırılıb.Burada Amalya Pənahovanın və “Dünyanın zəka lideri” (ABŞ 2004) qızıl medalının sahibi, Ukrayna Elmlər Akademiyasının akademiki Telman Əliyevin jurnala təbriki və müsahibəsi, klassik şair Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar Rəfael Hüseynovun məqaləsi, tərcüməçi Səkinə Sadıqın Məhsəti Gəncəvinin və Nigar Rəfibəylinin rübailərindən ibarət tərcümələri, Məhərrəm Qasımlının aşıq Şəmşir yaradıcılığına verdiyi qiymət, tanınmış yazıçı, rejissor Rafiq Rəhimli və digər istedadlı qələım sahiblərinin dəyərli yazıları yer alıb. Həmçinin Azərbaycan və rus dillərində nəsr, şeir nümunələri, fotolar dərc olunub.

– See more at: http://az.salamnews.org/az/news/read/75563/ldquoali-ziyardquo-jurnalinin-ilk-noumlmresi-ccedilapdan-ccedilixib/#sthash.KtKw1sLq.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO