AKP: ABŞ uydurma “erməni soyqırımı”na görə Türkiyə ilə münasibətləri qurban vermədi

ABŞ qondarma “erməni soyqırımı”na görə Türkiyə ilə münasibətləri qurban vermədi. Bunu Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti yaxşı başa düşür ki, tarixi hadisələrə parlamentlərdə qiymət verilməməlidir, tarixi hadisələri siysətçilər deyil, tarixçilər araşdırmalıdır.

M.Kabakçı xatırladıb ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağı dəfələrlə təklif edib, lakin Ermənistan buna hər vəchlə mane olur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, ABŞ Prezidenti Barak Obamadan 1915-ci il hadisələrinə görə “soyqırım” sözünü işlətməsini gözləmir.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Ermənilərin təbliğatı nəticəsində bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.

Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib:

“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr XX əsrin ilk kütləvi qətlidir. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO