Şair Adil Babayev haqqında kitab təqdim olundu

Bu gün “Natavan Klubu”nda Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə şair Adil Babayevin həyat və yardıcılğına həsr olunmuş kitabın təqdimatı olub. Sona Xəyalın müəllifi olduğu kitabda şairin yaradıcılığı araşdırılıb. Tədbiri giriş sözü ilə açan şair Fikrət Qoca Adil Babayev haqqında xatirələri bölüşmək üçün qonaqlara söz verib.
Səməd Vurğunun Adil Babayevə ithaf etdiyi “Şair, nə incədir, rübabın sənin!” misralı şeiri dönə dönə-dönə səsləndirən qonaqlar şairin şəxsiyyət və yaradıcılığı haqqında danışıblar.
Tədbirin sonunda çıxış edən telejurnalist Etibar Babayev də öz növbəsində atası ilə bağlı xoş xatirələri yada salıb, səsləndirlən xoş fikirlərə görə, tədbir iştirakçılarına təşəkkür edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO