ABŞ-da 10 xəbər qurumu çəkilişlər üçün PUA-dan istifadə etmək istəyir

ABŞ-ın 10 xəbər qurumu, o cümlədən “The New York Times”, “The Washington Post” qəzetləri, “Associated Press” informasiya agentliyi və “NBC Universal” media qrupu ölkənin aviasiya rəhbərliyi üçün süjetlərin hazırlanmağı üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etmək üçün icazə almaq niyyətindədir.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə adıçəkilən qurumların birgə bəyanatında deyilir.

Yaxın vaxtlarda Virciniya ştatının Texnologiya Universiteti ilə əməkdaşlıq şəraitində PUA-ların sınağına başlanılacağı bildirilir. Testlər Konqres tərəfindən təsdiqlənən altı xüsusi zonadan birində keçiriləcək.

Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi PUA-dan kommersiya məqsədilə istifadəni, o cümlədən jurnalistlərin istifadəsini qadağan edir.

– See more at: http://salamnews.org/az/news/read/159211#sthash.0GZoO9yF.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO