“Özümüz ” adlı kitab

"Özümüz" adlı kitabAMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Özümüz” adlı kitabı nəşr olunub. Bu barədə AMEA-dan məlumat verilib. “Aspoliqraf LTD” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən işıq üzü görən kitab ötən əsrin 60-70-ci illərinin əvvəllərində Rəsul Rza başda olmaqla, ilk Azərbaycan ensiklopediyaçılarının xalqımızın ulu keçmişi, yaratdığı milli və ümumbəşəri dəyərlərin ensiklopediyada doğru-düzgün əks olunması uğrunda rəsmi ideologiyanın müdafiəçilərinə, onların mərkəzdəki havadarlarına və erməni saxtakarlarına qarşı çətin mübarizəsindən bəhs olunub. Əsərdə o zaman Azərbaycanda yenicə rəhbərliyə başlayan Heydər Əliyevin Ensiklopediyadakı milli oyanış qüvvələrini təqiblərdən və haqsız ləkələnməkdən qorunmasına dair nadir faktlar işıqlandırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO