Ziyafət Əsgərov: Beynəlxalq münasibətlərdə böhran yaşanır

“Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlirlər”. Trend-in məlumatına görə, bunu jurnalistlərə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: “Biz hələ bir neçə il əvvəl “Avroviziya” mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO