Ziyafət Əsgərov: “Axı Azərbaycandan nə istəyirsiniz? “

Ziyafət Əsgərov: "Axı Azərbaycandan nə istəyirsiniz?"“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir”. Trend-in məlumatına görə, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: “Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”.

Z.Əsgərov bildirib ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır: “Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”

Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onların qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO