Zeyno Brayza (Baran) kitabını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib

Səfir Metyu Brayzanın xanımı Zeyno Brayza (Baran) “İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi” adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.

SalamNews xəbər verir ki, xanım Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə Nyu-Yorkun “Kontinium” nəşriyyatında çap olunub. Kitabda müəllif din və dövlət arasındakı münasibətləri, Avropa və ABŞ-da islamçılığın yüksəlişini və inkişafını, islamçılığın bir çox ölkələrdə siyasi-ideoloji islamçılığa keçməsini və s. məsələləri işıqlandırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO