“Zaman” qəzetindən erməni ordusuna “bəy tərifi “

Türkiyənin “Zaman” qəzeti erməni ordusu barədə “bəy tərifi” bir yazı dərc edib. Qəzet yazır ki, “balaca ərazisinə, əhalisinin azlığına baxmayaraq erməni ordusu regionun ən professional, savadlı və bacarıqlı ordusudur”.
Qəzetin absurd məntiqinə görə, Ermənistan ordunun modernləşməsi istiqamətində addımlar atır və artıq beş illik islahat plan hazırdır. Qəzet daha sonra “gül vurub”. “Bu islahatlar erməni –azərbaycanlı qarşıdurması ərəfəsində aparılır. Ermənistan hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edir. Faktik olaraq Ermənistan silahlanmaqda davam edir. Ermənistanın düşmənləri istər-istəməz bunu nəzərə almalıdır”-deyə “Zaman” qəzetinin sayıqlamasında deyilir. Amma bu başabəla “qardaş” qəzet nədənsə son illərdə erməni ordusunda hökm sürən özbaşınalıqdan, fərarlikdən, əsgərlərin bir-birini gülləbaran etməsindən yazmayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO