Zakir Sadatlını itirdik

Azəbaycan jurnalistikasına ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, tanınmış telejurnalist Zakir Sadatlı bir neçə saat əvvəl dünyasını dəyişib. O, xərçəng xəstəliyindən bir neçə müddətdir əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq. Hazırda dostları Z.Sadatlının Bakıda Qara Qarayevdəki evinə axışır.

Qeyd edək ki, fevralın1-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən“Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb. Yaxın günlərdə kitabın təqdimatı keçiriləcəkdi.

“Qafqazinfo”nun kollektivi jurnalistin vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO