Yeni tədris ili üçün tətil günləri müəyyənləşdi

Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cI tədris ilində orta məktəb şagirdləri üçün nəzərdə tutulan tətillərin müddətlərini açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq.
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil 1 fevral – 14 iyun tarixlərini əhatə edir.
Dərs ili ərzində payız və qış tətilləri olacaq. Payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO