Yeni sayt fəaliyyətə başladı

Oktyabrın 18-də www.FreeSpace saytı fəaliyyətə başlayıb. Media portal Media Hüquqları Mərkəzi İctimai Birliyinin həyata keçirməyə başladığı layihə əsasında yaradılıb. Müstəqil media portalı missiyasını həyata keçirəcək www.FreeSpace.az Azərbaycanda, eləcə də, dünyada baş verən hadisələr haqqında məlumatlar verəcək, xəbər, reportaj, müsahibə, araşdırma, analiz, müəllif yazıları və s. janrlarda materiallar təqdim edəcək. Yaxın gələcəkdə isə saytda maraqlı bloq yazıları da yayımlanacaq.

Saytda tanınmış qələm sahibləri ilə yanaşı, gənclərə də tribuna veriləcək. Media portal ökədə azad sözün, müstəqil medianın inkişafına dəstək olmaqla yanaşı, eyni zamanda, gənclərin nyu-media vərdişlərinin inkişaf etdirilməsinə, onların sosial şəbəkələrdə fəal iştiraklarına dəstək olmaq istiqamətində fəaliyyət göstərəcək. Sayt oxucu tələbatının nəbzini tutmağa çalışaraq cəmiyyətin aynası olmaqla ölkənin ictimai, siyasi, sosial, mədəni həyatında baş verən yenilikləri təqdim edəcək.

Saytın baş redaktoru Mətanət Əliyevadır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO