Yeni portal

Yeni portalRespublikamızda ilk dəfə olaraq Azərbaycan tarixi portalı yaradılıb – www.history.az. Portalın təqdimat mərasimi aprelin 24-də reallaşacaq. Azərbaycan tarixi portalı Gənclər və İdman Nazirliyi, Azerfon MMC, “HP” şirkəti və “İRƏLİ” ictimai birliyinin tərəfdaşlığı ilə “İRƏLİ” Tarix Mərkəzi tərəfindən hazırlanıb. Portalda Azərbaycan tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyaları toplanıb. Yazılı mənbələrin sayı çox olduğundan qısa müddət ərzində bütün məlumatların elektronlaşdırılması mümkün olmayıb. Azərbaycan tarixinin hər bir dövrünü əhatə edən portalda kitablar, xəritələr, numizmatik materiallar, sənədlər və abidələrlə tanış olmaq mümkündür. Sayt vasitəsilə istənilən yerli və xarici vətəndaş Azərbaycan tarixinin istədiyi bir dövrü haqqında dolğun məlumat alacaq və tarixi mövzuları araşdıra biləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO