Yeni müsabiqə – layihəsi keçən qəzetlərə 50 min manat ayrılacaq

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Fonddan Modern.az-a bildirilib ki, müsabiqə 2012-ci ilin 2-ci yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi məqsədi daşıyır.

Müsabiqədə aşağıdakı istiqamətlər üzrə KİV layihələri maliyyələşdiriləcək:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.

4. İctimai və dövlət maraqlarının müdafiəsi.

5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.

8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği

9. Azərbaycançılıq ideyasının təbliği.

10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.

13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.

14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

16. Elm və təhsilin inkişaf etdirilməsi.

17. Ekologiya və ətraf mühitin mühafizəsi.

18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

– müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Hər layihə üçün maksimum məbləğ 50 000 (Əlli min)manat müəyyən edilib.

Sənədlər iyunun 7-dən iyunun 27-dək qəbul olunacaq.

Modern.az.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO