Yeni Media və yeni media alətləri

Yeni Media təşkilatı aprelin 9-u saat 12:30-da Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Yeni Media və yeni media alətləri” adlı interaktiv seminar keçirəcək. Bu barədə NETIZEN Yeni Media təşkilatının layihə rəhbəri Jalə Nəcəfova qhtxeber.az-a məlumat verib. Onun sözlərinə görə, seminarda yeni media ilə maraqlanan gənclər,tələbələr, bloqçular, aktiv İnternet istifadəçiləri iştirak edə bilərlər. Seminarda Yeni Media haqqında ümumi anlayışlar, Yeni Medianın əhəmiyyəti və müxtəlif yeni media alətləri haqqında təqdimat- sosial şəbəkələr, blogginq, podkastinq, RSS və s. mövzularda müzakirələr aparılacaq.
Qeyd edək ki, mühazirələr Xanım Cavadova tərəfindən təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO