Yeni jurnalistika hərəkatı icraiyyə komitəsi yaratdı

İyunun 1-də Yeni Jurnalistika Hərəkatının icraiyyə komitəsi formalaşıb. Hərəkatın koordinatoru Ramin Deko “Media forum”a bildirib ki, icraiyyə komitəsinin üzvləri bunlardır: Elçin Həsənov, Aysel Saday, Emin Axundov, Elmin Bədəlov, Ceyhun Nəbiyev, Xanım Cavadova, Elməddin Səfərov, Mirzə Dadaşov, Dəyanət Səfərov, Elxan Abdullayev, Şəhla Feyruzova, Gülmirə Rzayeva.

Hərəkatın media üzrə əlaqələndirici jurnalistləri Fərahim İlqaroğlu (“Yeni Müsavat” qəzeti), Natiq Güləhmədoğlu (“Azadlıq” qəzeti), Nemət Hüseynli (“Bizim yol” qəzeti), Əfqan Muxtarlı (“Demokrat” qəzeti), Pərvanə Bayramovadır (“Turan” agentliyi).

Yeni Jurnalistika Hərəkatı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə bu ilin may ayında yaradılıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO