Yeni internet qəzet açılır: “Teleqraf.com”

Oktyabr ayından etibarən Azərbaycan internet məkanında “teleqraf.com” internet qəzeti fəaliyyətə başlayacaq. Yeni onlayn qəzet özünün bir sıra yeniliklərini internet oxucularına təqdim etmək niyyətindədir.
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına dair xəbərlərin təqdimatı ilə oxucuların görüşünə gələn “teleqraf.com” saytı maraqlı reportajları və layihələri ilə oxucuların diqqətini qazanacağını ümid edir.

Onlayn qəzetin baş redaktoru jurnalist Xaqani Səfəroğludur. Portal ölkə mediasının tanınmış jurnalist imzaları ilə əməkdaşlıq edəcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO