Yazıçılar Birliyində rəhbər dəyişikliyi olacaq?

Yazıçılar Birliyində rəhbər dəyişikliyi olacaq?Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca medianın bu quruma olan marağı artmaqdadır. Lakin AYB dəhlizlərində qurultayla bağlı müəmmalar hələ də qalır. AYB-nin nizamnaməsinə uyğun olaraq AYB-nin mətbu orqanlarının rəhbərləri, eləcə də AYB-nin sədri, katibləri qurultayda seçilirlər. Əsas mübarizənin AYB sədrliyi uğrunda olacağı istisna deyil. Hələ ki, AYB sədri Anar namizədliyini irəli sürüqb-sürməyəcəyi ilə bağlı konkret fikir bildirməyib. Anar Rzayevin yerinə AYB-nin iki katibinin- Rəşad Məcid və Çingiz Abdullayevin adları hallanır.
Bu barədə kulis-ə danışan Çingiz Abdullayev yayılan xəbərləri təkzib edib: “Mənim bu barədə yeganə fikrim odur ki, Anar hələ 72 yaşında cavan oğlandır və biz onun namizədliyinin üstündə dayanırıq. Sergey Mixalkov 92 yaşında Yazıçılar İttifaqına rəhbərlik edirdi. Onun yaşını heç yada salan da yox idi. Mənim namizədim özüm yox, Anardır.”
Rəşad Məcid də eyni mövqedən çıxış edib: “Qurultay olacağı barədə söhbətlərdən xəbərim var, amma mənim rəhbər olacağımla bağlı söhbətləri eşitməmişəm. Hesab edirəm ki, Anar müəllim sap-sağlam öz postunda oturduğu halda başqa adların hallanması yersizdir. Mən onun namizədliyinin tərəfdarıyam. Əgər Anar müəllim özü kiminsə namizədliyini təklif edərsə, o halda digər şəxslərin namizədliyini müzakirəyə çıxartmağın yeri olar.”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO