Yazıçılar Birliyində “İncəsənət inciləri” təqdim olunacaq

Yazıçılar Birliyində “İncəsənət inciləri” təqdim olunacaqFevralın 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda jurnalist Esmira Ağababaqızının “İncəsənət inciləri ” kitabının təqdimatı olacaq.

SalamNews-un bildirdiyinə görə, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, H.B.Zərdabi mükafatı laureatı Esmira Ağababaqızı 1970–ci ildən fasiləsiz olaraq “Qobustan” jurnalında çalışır. Kitaba daxil olunan oçerkləri müəllif 40 il ərzində tanınmış sənət adamları haqqında hazırladığı materiallar əsasında işləyib.

Kino, teatr, musiqi, rəssamlıq, qurama kimi bölmələrdə Nəsibə Zeynalova, Maral Rəhmanzadə, Hacı Mail, Səttar Bəhlulzadə, Rasim Balayev, Ofeliya Əfqanlı, Eldar Quliyev və digər sənətkarlardan bəhs edən, fotoşəkillərlə zəngin materiallar bu qəbildəndir.

Kitab Xalq yasıçısı Anarın “”Qobustan” lı günlərim” yazısı ilə açılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO