Yazıçılar Birliyi: “Əkrəm Əylislinin AYB-dən çıxarılmasına Katiblikdə baxılacaq”

“Onun üzvlük məsələsi müzakirə olunacaq və üzvlükdən çıxarılacaq”

“Prezidentin məlum sərəncamlarından sonra Əkrəm Əylisinin Yazıçılar Birliyinin üzvlüyündən çıxarılması məsələsinə baxılacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

“Bu sərəncamdan sonra AYB Katibliyinin iclası olmalıdır. Doğrudur, Əkrəm Əylisli o vaxt demişdi ki, o, Yazıçılar Birliyinin üzvi deyil. Mən ona xəbər göndərmişdim ki, əgər üzv deyilsinizsə, ərizə yazıb rəsmən üzvlükdən imtina etməlisiniz. Amma onun ərizəsi o vaxtdan gəlib çıxmadı. Kimə verib, hardadır, bilinmir. Bu işə hələ Yazıçılar Birliyində baxılmayıb. Amma əslində o Yazıçılar Birliyinin üzvi sayılır. İndi isə prezidentin bu sərəncamından sonra onun məsələsinə AYB-nin Katibliyində baxılacaq. Onun üzvlük söhbəti katibliyin iclaslarından birində müzakirə olunacaq və üzvlükdən çıxarılacaq”.

Modern.az məsələyə Yazıçılar Birliyinin katibi Fikrət Qocadan da münasibət öyrənmək istəyib, amma o qısa və maraqlı cavab verdi: “Mən əsəbləşirəm. Burada “dejurniyam” nədi?!”, – deyib telefonu söndürüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO