“Yazılı abidələrin tədqiqatı ” adlı kitab

"Yazılı abidələrin tədqiqatı" adlı kitab“Nurlan” nəşriyyatında tanınmış şərqşünas, tərcüməçi Məmmədağa Sultanovun “Yazılı abidələrin tədqiqatı” adlı kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının M. Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən çap olunan kitab bu institutun yaradıcılarından və ilk direktorlarından biri sayılan M. Sultanovun anadan olmasının 100 illiyinə həsr olunub. Kitabda ön söz yerinə professor Mübariz Əlizadənin “Yaxşı, xeyirxah insan” adlı məqaləsi verilib. Topluda yer alan maraqlı məqalələrdən “Xaqani Şirvani və Yaxın Şərq ədəbiyyatı”, “Mirzə Şəfi Vazeh”, “Molla Nəsrəddinin prototipi kimdir?” və digərlərini qeyd etmək olar. Qeyd edək ki, kitabın redaktorları filologiya elmlər doktoru Nəsib Göyüşov, filologiya elmlər namizədi Qiymət Məhərrəmovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO