Yazıçı-jurnalist Əfqan Əsgərovun 85 yaşı qeyd edilib

Azərbaycan Mətbuat Şurasında (AMŞ) yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib.

SalamNews-n məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum həyatını jurnalistika peşəsinə sərf etmiş qələm sahiblərinin yaradıcılıq məclislərinin təşkilini ənənəyə çevirib.

Əflatun Amaşov vurğulaıb ki, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş yazıçı-jurnalist Əfqan Əsgərov ömrünün yarım əsrdən çoxunu mətbuata, ədəbiyyata həsr edib, həm nəsr, həm də dramaturgiya sahəsində maraqlı əsərlər yaradıb. O, ötən əsrin 50-ci illərində ədəbiyyata gəlib, həmin vaxtdan da mətbuatda yorulmadan fəaliyyət göstərib.

Ə.Amaşov Ə. Əsgərova rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib.Çıxış edənlər həmkarlarının həyat və fəaliyyətindən danışdılar, yaradıcılığını yüksək qiymətləndirblər.

– See more at: http://salamnews.org/az/news/read/144563#sthash.bECD7GJA.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO