Yazıçı Rafiq Tağı dəfn olunub

Noyabrın 19-da naməlum şəxsin bıçaqladığı yazıçı Rafiq Tağı dünən dünyasıını dəyişib. Modern.az bildirir ki, bu gün mərhum dəfn olunub. Cənazə Bakıdakı «Qurd Qapısı» kimi tanınan qəbiristanlıqda torpağa tapşırılıb.

Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən yazıçı Rafiq Tağıya naməlum şəxs 6 bıçaq zərbəsi vurmuşdu, o, 1 saylı Şəhər Xəstəxanasında vafat edib.

Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.

2007-ci ildə isə işlədiyi “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.

Yazıya görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.

Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma o 8 aydan sonra Prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı.

Üç övlad atası idi…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO