Yazıçı Çingiz Hüseynovdan “Fatalnıy Fatali”

Və ya bir dəfə yaşanmış ömür

“Həyatım çətin sınaqlardan keçib, sanki bu ömrü bir daha yaşamış kimi gəldi mənə. Sovetlər dövründə yaşayib, rus təhsili görüb rusca düşünən, taleyin burulğanıyla Moskvaya düşən məni Moskva burnumdan vurub, ona azərbaycanlı simasında yeni rusun lazım olmadığını göstərdi. Mənə bura daha çox azərbaycanlı olduğumu anlatdi”.

Moskva Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən təşkil olunmuş ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimatı mərasimində yazıçı daha nələr danışdı. Kitab təqdimatı ifadəsindən xoşlanmadığını deyən Ç.Hüseynov bu gecənin də ona deyil, M.F.Axndovun 200 illiyinə həsr olunduğunu qeyd etdi.

Yaziçı Əbdül Hüseynovun aparıcılığı ilə başlanan müzakirə gecəcində ilk söz alan “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin sədri Vasif Məmmədov Ç. Hüseynovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi və bu günlərdə 83 yaşını tamam olan yazıçıya belə gümrah qalmağı arzuladı.

Umimrusiya Azırbaycanlırai Konqresinin numayəndəsi Manaf Agayev yazıçıyla həmfikir olaraq Axundovun “Puşkinin ölümü haqqında Şərq poeması”nı analiz edərək “Fətəli fəthi”ində bunu Ç.Hüseynovun sanki yaşamış bir ömür kimi qələmə aldiğını qeyd etdi.

Filologoya elmləri doktoru, professor, dagıstanlı ədəbiyyat tənqidçisi Kazbek Sultanov bildirdi ki, Çingiz Hüseynov yaradıcılığını başqalarından fərqləndirən cəhət bütün əsərləri boyu özünün fikrini ortaya qoymasıdı, “mən belə düşünürəm” prizmasından cıxış etməsdir.
“Mirzə Fətəlinin ateist və ya deyilmi sualına cavab tapmaq istəməsi, bunu sənədli-dəlilli faktlarla özünəməxsus dildə uğurla canlandırması, və ya daha bir məsuliyyətin altına girərək Məhəmməd peyğəmbər haqqında əsər yazmaq- bu çox çətin və cəsarət tələb edəndir”.

Şair Nəsib Nəbioglu da deyilənlərdən şıxış edərək “Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə çətin yazıçısı var” deyib ona həsr etdiyi şeiri oxudu.

“Avanqardizm cərəyanina muraciət edib ayzi yazmaq-məncə bunu çox yazıçı bacarar. Keçimşə bu gündən baxaraq, ədibin yaşadığı dövr uçun hansı əhəmiyyəti kəsb etməsinə subyektiv münasibətdən başqa, analizlər apararaq qiymət vermək-bunu hər kəs bacarmaz. Hər kəsin bacarmadığını edən yazıçılardandandır Ç.Hüseynov”.
Bunu Bakı Dovlət Universitetinin professoru, tarix elmləri doktoru Eldar İsmayılov dedi.

Sənətşuaslıq doktoru, musiqişunas Rauf Fərhadov Çingiz Hüseynovun əsərlərinin bir muğam ahəngi üstündə yazıldığını bildirdi.
“Hətta cümlələr arasındakı fasilələrdə belə bir musiqi axarlığı var. Yazıyla muğamın sintezi, o ruhu oxucuya ötürə bilmək, oxucunu musiqiyə-muğama kökləmək. Mənim üçün Çingiz Hüseynov budur. Hər bir oxucu üçün o belədir“.

Görüşdə iştirak edən Beynəlxalq yazıçılar və publisistlər asossaiyasının rəhbəri Marat Kalandarov isə Ç. Hüseynovla bağlı bir detalı xatirlatdı.
““Pisateli mira” jurnalına gələn məktublarda Qarabag problemi ilə bağlı həqiqət nədir sualina cavab verəcək yazı istənmişdi. Bunu Çingiz Hüseynovun yaza biləcəyini dedilər və mən onunla görüşdüm. Doğrusu düşünürdüm ki, bu yazını şox gözləməli olacağam. Amma tez bir zamanda yazı artıq hazır idi. Mən bu qədər intellektual qələmindən çixan, fatklar, dəlillər, tarixin dili ilə danişan akademik yazı görməmişdim. Və yazı jurnalda dərc olundu. Dunyanın hər yerindən məktublar axmağa başladı. Ermənistanın Fransadakı səfiri bu yazıya cavab olaraq, onların da fikrini jurnalımızda verməyimizi istədi. Razılaşdıq. Adi məişət səviyyəsində, həqarət, təhqir dilində yazılmış yazı hələ də mənim stolumun gözundə durur“.
M. Kalandarov Ç. Hüseynovun Avropa Yazışılar Birliyində də tanındığını, onu fəxri fərmana layiq gördüyünü bildirdi və ona bu sənədi təqdim etdi.

Abuzər Bagırov, Sultan Mərzili və digər çıxış edənlər iki dildə düşünüb iki dildə yazan yazıçının hər iki dildə də uğurla qarşılanmasından, əsərlərinin dövrun suallarına doğru cavab tapmaqda, çaşqın oxucunun yolunda bir mayak olduğunu söylədilər.

Bir yaşanmış ömrün cığırı ilə, taleyini bənzətdiyini layiqincə təmsil edən yazıçı Çingiz Hüseynovun uğuru yazdıqlarındadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO