Yaz gərginliyi


Mitroxin KİV-də partiyaların material dərc etmələrinin normasının ayda bir materialdan az olmamaq şərti ilə onların seçkilərdə yığdıqları səslərin sayı ilə tənzimlənməsini təklif edir. Seçicilərin 3 faizinin səsini yığmış partiya üçün materialın həcmi 1000 çap işarəsi, 30 faizinin inandığı partiya üçün isə 5000 işarədən az olmamalıdır. İki gündən sonra, özünün jurnalist sıralarının təmizliyi uğrunda mübarizə arzusunu Rusiya parlamentinin yuxarı palatası bəyan etdi. Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Lyudmila Narusovanın dediyi kimi, «Kütləvi İnformasiya Vasitələri haqqında» federal qanunda və Cinayət-prosesual məcəlləsində, dərc olunan materiallara görə jurnalistlərin məsuliyyətinin güclənməsinə yönəldilmiş düzəlişlər hazırlanır. Senator dəqiqləşdirmişdir ki, yeni düzəlişlər, «KİV haqqında» qanunun köhnəlmiş müddəalarına və konkret olaraq, müstəqil qəzet və telekanallara dair maddələrə aid olacaq. RF Cinayət-prosesual məcəlləsində, «KİV-də yoxlanılmamış informasiyalar, millətlərarası və dinlərarası ədavətin qızışdırılmasına görə məsuliyyətə dair» düzəlişlərin edilməsi təklif olunur. Nəhayət aprelin 11-də «Novıye İzvestiya» qəzeti xəbər yaydı ki, parlamentarilər, müstəqil KİV-ləri təkcə nəşrin və kanalın rəğbət bəslədiyi namizədləri deyil, bütün namizədləri təbliğ etməyə məcbur etmək istəyirlər. Müvafiq qanun layihələri Dumanın gündəliyinə «Yedinaya Rossiya»dan olan deputatlar Gennadi Qudkov və Aleksandr Xinşteyn və «Narodnaya volə – SERP» fraksiyasının nümayəndələri Nikolay Bezborodov və Sergey Baburin tərəfindən çıxarılmışdı. Əgər qanunu hazırlayanların təklifləri bəyənilsə, onda kommunistyönlü qəzetlər sağçıları, liberal nəşrlər isə hakimiyyət partiyanı tərifləmək məcburiyyətində qalacaqlar.
Faktiki olaraq, müstəqil KİV-lər döalət KİV-ləri ilə bərabərləşəcəklər. Yalnız bir fərq qalacaq ki, dövlət kanallarında seçkilərdə iştirak edən namizədlərə və partiyalara efir pulsuz təqdim olunacaq, qeyri-hökumət kanalları isə buna görə pul alacaqlar.
Hər dəfə siyasətçilər KİV haqqında qanunda düzəlişlər etməyi təklif edəndə, müşahidəçilər, media cəmiyyətləri və hüquq müdafiəçiləri eyni sözləri təkrar edirlər. Problem Rusiya qanunlarının liberallığında deyil (KİV sahəsindəki normalar da istisna deyil), onların yerinə yetirilməsinin qeyri-məcburiliyindədir. Ekspertlər əmindirlər ki, qanunları yenidən işləmək yox, onların yerinə yetirilməsinə nəzarət etmək lazımdır. Lakin bu çağırışları çox az adam eşidir. Son qanunvericilik təşəbbüslərində informasiya kanalları uğrunda gələcək mübarizənin işıltısını görmək və bununla yanaşı üç düzəlişdən ikisini Kremlin adına çıxmaq olar. Lakin problem ondadır ki, martın əvvəllərində Baş Nazirin birinci müavini Dmitrii Medvedev anlatmışdı ki, hakimiyyət və prezident administrasiyası yaxın gələcəkdə KİV sahəsində qanunvericiliyə dəyməyəcəklər. Belə çıxır ki, son qanun layihələri aşağıların təşəbbüsüdür. Bu, ötən ilin payızında Dumanın, televiziyada adamyeyənlər haqqındakı süjetləri qanunvericilik vasitəsi ilə qadağa etmək cəhdinə bənzəyir. Maraqlıdır ki, o vaxtdan KİV haqqında qanun parlamentin geniş müzakirəsinə çıxarılmamışdır.
Bir qrup insanların davranışının mövsümülüyü yaxşı məlum olan hadisədir. Psixoloqların dediyinə görə, payız-yaz gərginliyi amansız reallıqlarla qarşılaşma zamanı səhhəti ciddi zəifləmiş insanlarda müşahidə olunur. Həkimlər ictimai yerlərdə belə insanlarla qarşılaşarkən son dərəcə ehtiyatlı olmağa və xüsusilə onların qeyri-adekvat davranışına məhəl qoymamağa çağırırlar, əks təqdirdə başqa xəstələri narahat edərsiniz. Əlbəttə, bu tövsiyə millət vəkillərinin əksəriyyətinə aid deyil. Amma onu tamamilə unutmaq da olmaz: bunu, NTV-də adamyeyənlər haqqında nümayiş etdirilən süjetin nəticələrinə dair hazırlanan sənəd üzrə səsvermənin nəticələri təsdiq edir. Xatırladaq ki, 418 lehinə səslə yanaşı, yalnız bir deputat əleyhinə səs vermişdi.

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO