Yaqland: Dağlıq Qarabağ münaqişəsi tərəfləri dialoq qurmalıdır

Avropa Şurası (AŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk qrupunun səylərinə və həmsədrlərin fəaliyyətinə dəstək verir.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu AŞ-nin baş katibi Torbyorn Yaqland Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə deyib.

Onun sözlərinə görə, sülhün əldə edilməsi üçün münaqişə tərəfləri arasında dialoq qurmaq vacibdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO