YAP Heydər Əliyev haqqında yeni kitab hazırlayır

Bu barədə YAP-ın mətbuat katibi Hüseyn Paşayev Modern.az saytına açıqlama verib. O, bildirib ki, hakim partiya hər il olduğu kimi, bu il də mərhum prezidentin doğum günü ilə bağlı yeni kitab hazırlayır.

“Heydər Əliyev və Azərbaycanın Müasirləşməsi Strategiyası” adlanacaq kitabda Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onunla bağlı görkəmli şəxslərin məruzələri dərc ediləcək.

Kitabın hazırlanma prosesindən danışan H.Paşayev vurğulayıb ki, 2000-ci ildən başlayaraq hər il Yeni Azərbaycan Partiyası Heydər Əliyevin doğum günü ilə bağlı böyük bir konfrans keçirir. Konfransda səslənən maraqlı məruzələr kitab formasında nəşr edilir.
“Bu il də həmin ənənəni davam etdirəcəyik”-deyə o, bildirib.

Mətbuat katibi onu da qeyd edib ki, bu il keçiriləcək konfransa YAP-ın tanınmış simaları, görkəmli alimlər, iqtisadçılar, millət vəkilləri, siyasətçilər və eləcə də hökumət rəhbərliyində təmsil olunan bir çox insanlar iştirak edəcəklər.
“Bu ilki kitabımızda həmin insanların ümummilli liderlə bağlı söylədikləri fikirlər öz əksini tapacaq”-deyə YAP rəsmisi əlavə edib.

H.Paşayevin sözlərinə görə, bu ilki konfransın keçirilməsi YAP-ın İdarə Heyətinin fəaliyyətinə aid iş planında da öz əksini tapıb və hazırda da həmin konfransda iştirak etmək istəyənlər öz materiallarını YAP-a təqdim etməkdədirlər”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO