Yaşar Əliyev: “Yanvarın 20-də Bakı polisi gücləndirilmiş rejimdə işləyəcək “

“Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək”. Bu sözləri APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev deyib.
Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanıb: “Həmin plana əsasən, yanvarın 20-si səhər saat 8-dən, axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Şəhidlər xiyabanını

ziyarət saat 11:00-dan başlayacaq və 19:00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər”. Y. Əliyev yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların təhlükəsizliyinin tam təmin ediləcəyini vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO