“Xəzər”TV-nin əməkdaşı: “Somalidə iki azərbaycanlı həkim də işləyir”

“Xəzər” TV-nin Somaliyə ezam olunmuş əməkdaşı Nəcəf Həsənov aclıq çəkən bu Afrika dövlətinə yardım etməyə gəlmiş həkimlər arasında iki azərbaycanlı həkimin olduğunu deyib. Modern.az bildirir ki, jurnalist özünün sosial şəbəkədə olan səhifəsində yazdığı qeydlərində bildirib ki, “iki nəfər azərbaycanlı həkim türk həkimlərlə birlikdə Somali xalqına təmənnasız yardım edir”.

Jurnalist qeyd edib ki, somali xalqının nümayəndələri Azərbaycan hökümətinin və iş adamlarının ayrıqdığı yardımlara görə, təşəkkürlərini bildiriblər.
“Bizi tam yaxşı tanımasalar da, insanlar arasında Azərbaycanı keçmiş Rusiya kimi tanıyanlara rast gəlirвik”-deyə N. Həsənov qeyd edib.

Jurnalist bildirib ki, paytaxt Moqadişidə ara-sıra yağış yağsa da, son iki il ərzində digər bölgələrə bir damcı da yağış düşməyib.
“Bu ölkədə insanlığın ən utanc verən mənzərəsi yaşanır. Həm daxili hərbi çəkişmələri, həm də dözülməz həyat şəraiti ilə…”-deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, güclü quraqlıq nəticəsində Somalidə başlanan aclıq neçə vaxtdжr davam edir. Dünya birliyi vəziyyəti aradan qaldırmaq üçün bu ölkəyə maliyyə və ərzaq yardımı edir. Azərbaycan höküməti də bu yöndə Sömaliyə dövlət səviyyəsində öz yardımını göstərib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO