“Xəzər” TV-də korrektor, ANS-də iclas – MTRŞ-nın xəbərdarlığından sonra

Milli Televiziya və Radio Şurası 2012-ci ilin avqust-sentyabr aylarında telekanallarda ədəbi dil normalarına riayət edilməsi sahəsində apardığı monitorinqin nəticələrini açıqlayıb. Nəticələrə görə, ANS və “Xəzər” telekanallarında bir sıra nöqsanlar aşkarlanıb.

“Xəzər” TV-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova Modern.az-a açıqlamasında bildirib ki, onlara bu barədə heç bir xəbərdarlıq olunmayıb: “Biz bunu çox yaxşı qarşılayırıq ki, nöqsanlarımızı deyirlər. Amma bu nöqsanlarla bağlı bizə heç bir xəbərdarlıq olunmayıb. Bəli, bizim “Xəbərlər” proqramında əvvəllər orfoqrafik səhvlər olurdu, elə bununla bağlı olaraq, “Xəbərlər” departamentinə yeni işçi götürmüşük. O da korrektə, orfoqrafik səhvlərə nəzarət edir”.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, nöqsanlarla bağlı iclas keçiriləcək:
“Bununla bağlı iclas keçirəcəyik. İclasda həmin nöqsanlar müzakirə olunacaq. Çalışacağıq ki, nöqsanlarımızı aradan qaldıraq“, – deyə M. Məmmədov qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO