Xəyyam Mirzəzadənin kitabının təqdimatı keçirilib

Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar Xəyyam Mirzəzadənin iki hissəli “Xəyyam Mirzəzadə: Fikirlər, düşüncələr, məqalələr” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq şairi Vaqif Səmədoğlu Xəyyam Mirzəzadəni təbrik edib və bəstəkarın peşəkarlığının yalnız musiqi ilə məhdudlaşmadığını deyib: “Xəyyamın professionallığı musiqi çərçivəsindən uzaqlara keçib. Məsələn, ədəbiyyata baxışı elədir ki, istənilən ədəbiyyatçı onun danışdıqlarını müzakirə kimi dinləyə bilər. Bundan başqa, Xəyyam Mirzəzadə Bakını, İçərişəhəri çox gözəl tanıyır. Şəxsən mən məmnuniyyətlə Xəyyamı beş il müddətinə Bakının meri təyin edərdim”.

X. Mirzəzadə isə nəşr barədə məlumat verərək bildirib ki, iki cilddən ibarət kitab 1950-ci ildən bəri mətbuatda dərc olunan məqalələrindən, müsahibələrindən ibarətdir. Kitabın I və II hissəsində X. Mirzəzadənin APA-ya verdiyi müsahibələr də yer alıb.

Kitabın tərtibçisi Kəmalə Ələsgərli, elmi redaktoru Ülviyyə İmanovadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO