XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Fevarlın 10-dan 14-dək Minsk şəhərində (Belarus) XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Yarmarkada Azərbaycanı təmsil məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi stend icarəyə götürülüb. Sərgi zamanı son illərdə ölkəmizdə işıq üzü görmüş, zəngin məzmuna və yüksək poliqrafik keyfiyyətə malik 100-dən çox adda kitabın nümayişi nəzərdə tutulub.
Ölkəmiz haqqında, Qarabağ həqiqətləri və nəşrlərimiz barədə ziyarətçilərə məlumat vermək üçün Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini-Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, respublika nəşriyyatlarından “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “E.L.” nəşriyyatının direktoru Cəfər Bağırov və “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəylidən ibarət heyət də Minsk şəhərinə ezam olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO