“Xural” qəzetinin baş redaktoru 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının mühakiməsi başa çatıb.

SalamNews-un məlumatına görə, hakim Ramella Allahverdiyeva Əvəz Zeynallıya 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Ə.Zeynalının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi elan olunub.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur. O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO