Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan sərgi

Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan sərgiFevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan sərgi keçirilib. Sərgidə MEK-in direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli çıxış edərək Xocalı soyqırımını Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Natiq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu cinayət əməllərini beynəlxalq aləmə çatdırmaq üçün MEK faciənin dəhşətini özündə əks etdirən ədəbiyyatları kitab mübadiləsi apardığı 100-dən artıq ölkənin 1000-ə yaxın təşkilatının kitabxanalarına göndərdiyini də vurğulayıb.
Sərgidə Həmzə Əliyevin “Dağlıq Qarabağ həqiqətləri”, Nəsiman Yaqublunun “Xocalı qırğını” Ziyyətdin Sultanovun “Xocalı faciəsi” , Sabir Hüseynovun “Xocalıdan gələn səs”, Səriyyə Müslümqızının “Ölümündən o yandakı Xocalı” və onlarla başqa kitablar, məqalələr, fotoşəkillər və xarici mətbuatda faciə barəsində dərc olunan məqalələr nümayiş olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO