Xocalı soyqırımı ilə bağlı BMT-in Nyu-Yorkdakı qərargahı qarşısında etiraz aksiyası keçiriləcək

«Fevralın 27-də BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Aksiya zamanı BMT üzvləri və baş katibə müraciət ünvanlanacaq», – deyə şənbə günü Nyu-Yorkdan telefonla ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri xəbər verib. Fevralın 28-də isə Xocalı soyqırımını əks etdirən Heydər Əliyev Fondu tərəfindən şəkil və filmlər nümayiş etdiriləcək.

Xatırladaq ki, 26 fevral 1992-ci il tarixində Ermənistanın silahlı dəstələri Xocalıda yeddi min əhali ilə soyqırım aktı həyata keçiriblər. Ümumilikdə 613 dinc əhali vəhşicəsinə öldürülüb, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, 1000 nəfər isə aldığı yaralardan əlil olublar.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO