XİN: German Sterliqovun həyat yoldaşının Şuşada “moda” təqdimatı təxribatçı addımdır

XİN: German Sterliqovun həyat yoldaşının Şuşada “moda” təqdimatı təxribatçı addımdır“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, barəsində cinayət işi açılmış və həbs-qəti imkan tədbiri seçilmiş German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova adlı şəxs tərəfindən Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “moda” təqdimatının keçirilməsi etnik və dini zəmində nifrət və təfriqəçiliyə xidmət edən növbəti təxribatçı addımdır”. Trend-in məlumatına görə, bunu Alyona Sterliqov tərəfindən işğal olunmuş ərazilərdə moda kolleksiyasının təqdimatının keçirilməsi ilə əlaqədar mətbuata açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

H.Hacıyev deyib ki, əgər kimsə bu kimi uğursuz və cılız təxribatçı addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimi təşviq etmək məqsədi güdürsə, tamamilə yanılmışdır: “Din siyasətdən kənar tutulmalı olduğu halda, Ermənistan və onun tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejim və onların əlində vasitə olan Sterliqov ailəsi dini siyasiləşdirməkdən belə çəkinmir və ekstremizm və dini zəmində nifrətə çağıran bəyanatlarla çıxış edirlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO