XİN: Almaniyada yanğın hadisəsinin irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur

XİN: Almaniyada yanğın hadisəsinin irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmurAlmaniyanın Bavariya əyalətində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən yanğın hadisəsini Trend-ə şərh edərkən bildirib.

H.Hacıyev Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində avqustun 21-də yanğın hadisəsinin baş verməsi ilə əlaqədar bildirib ki, Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq istintaqın obyektiv və müfəssəl şəkildə aparılacağına və təqsirkar bilinən şəxslərin qanun qarşısında layiqli cəzalarını alacaqlarına ümid edirik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO