XARİCİ SƏFİRLİKLƏRİN NÜMAYƏNDƏLƏRİ MİRZƏ SAKİTLƏ GÖRÜŞÜBLƏR

M.Sakitin səhhətinin normallaşdığını deyən E.Behbudov jurnalistin bədənində müəyyən ağrılar olduğunu da vurğulayıb. Komitə sədri yaxın günlərdə jurnalistin başqa cəzaçəkmə müəssisəsinə köçürüləcəyini deyib.

Yaxınları M.Sakitin oktyabrın 18-də 14 saylı Cəzaçəkmə Müəssisəsində nəzarətçilərin fiziki təzyiqinə məruz qaldığını bildirirlər. Bununla bağlı hüquq müdafiəçiləri ədliyyə naziri Fikrət Məmmədovla görüşərək jurnalistin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş ediblər.

Mənbə: «Turan» İA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO