X Bakı Kitab Bayramı

X Bakı Kitab BayramıMayın 27-də M.F. Axundov adına Milli Kitabxanada X Bakı Kitab Bayramı reallaşacaq. Bu barədə Milli Kitabxanadan məlumat verilib. Bayram Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin, Yeni Yazarlar və Sənətçilər Qurumunun, Gənclər və İdman Nazirliyi, M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümünə, Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bayram münasibətilə keçirilən müsabiqənin müxtəlif nominasiyaları üzrə qaliblər mükafatlandırılacaq, sərgilər, görüşlər, dəyirmi masa keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO